Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil ekspert qrupundan ibarət olan Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə, Agentlik tərəfindən yaradılan “Ekspert Bankı”na aşağıdakı ali təhsil ixtisas qrupları üzrə mütəxəssislərin qəbulu davam edir:
Ekspert bankına müraciət üçün qeyd olunan linkdən istifadə edə bilərsiniz.
Qeyd: