İdarə Heyətinin sədri
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində “Tətbiqi riyaziyyat” ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya sistemləri” ixtisası üzrə magistr dərəcəsini alıb. 2011-2014-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində “Sistemli analiz və informasiyanın işlənməsi” ixtisası üzrə dissertantura, 2014-2019-cu illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun Fransanın Monpelye Universiteti ilə birgə təklif etdiyi “Sistemli analiz və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura təhsilini alıb. 2004-2016-cı illərdə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda tədqiqatçı, 2014-2018-ci illərdə AzMİU-da Strateji planlaşdırma departamentinin müdiri, 2018-2020-ci illərdə Strateji inkişaf üzrə prorektor olaraq fəaliyyət göstərib. 2020-2021-ci illərdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.
İdarə Heyətinin sədrinin müavini
14 iyul 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2005-2010-cu illərdə Türkiyənin paytaxtı Ankara şəhərində Hacəttəpə Universitetinin İqtisadi və idari elmlər fakültəsində “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavriat səviyyəsində, 2010-2012-ci illərdə həmin universitetin “Maliyyə” ixtisası üzrə magistratura səviyyəsində ali təhsil almışdır. 2015-ci ildə “Sənayedə innovasiya fəaliyyətinin səmərəliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2022-ci ildə isə dosent elmi adını almışdır. 2012-ci ildən Azərbaycan Texniki Universitetinin İqtisadiyyat və statistika kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutub. 2012-ci ildən Azərbaycan Texniki Universitetində rektorun köməkçisi, rektorun iqtisadi işlər üzrə məsləhətçisi, İqtisadiyyat və idarəetmə fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifələrində çalışıb. 2016-2021-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı məsləhətçi, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2021-2022-ci illərdə Azərbaycan Texniki Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini tutub. 2022-ci ildən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.