Lisenziya

Lisenziya - müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir.

Təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və nümayəndəliyi təhsil müəssisələrinin fəaliyyətinə lisenziya alınması üçün səlahiyyətli orqana müraciət edə bilər. Mövcud qanunvericiliyə əsasən hazırda təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müddətsiz olaraq verilir.

 

Təhsil fəaliyyəti müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, müəyyən fəaliyyət növlərinin lisenziyalaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq lisenziyalaşdırılır. Təhsil fəaliyyətinin lisenziyalaşdırılması: təhsil növləri, təhsil səviyyələri, peşələr, ixtisaslar, təlim sahələri (peşə təhsili üçün), əlavə təhsilin alt növlərinə əsasən həyata keçirilir. Lisenziyanın etibarlılıq müddəti yoxdur (məhdudiyyətsiz), lakin tənzimləyici orqanlar tərəfindən lisenziyalı təşkilatın təhsil fəaliyyətinin həyata keçirilməsi qaydalarına necə əməl etdiyini yoxlayır. Bu cür yoxlamalar təhsil proqramlarının məzmunundan müəllimlərin ixtisasına  qədər geniş məsələlərdən ibarətdir.

 

Lisenziya müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Mövcud qanunvericiliyə əsasən hazırda təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi tərəfindən 9 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Bərdə, Sabirabad, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir), o cümlədən “Lisenziyalar və icazələr” portalı (lisenziya.gov.az) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində sahibkarlara lisenziyaların verilməsi ilə yanaşı vaxt itkisi və əlavə sənədləşmə işləri ilə qarşılaşmamaları üçün lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri də göstərilməkdədir.

 

 

 

Link     

 

 

 

 

Tələb olunan sənədlər:

 

1. Ərizə.

 

2. Ərizəyə əlavə olunan sənədlər:

 

2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

 

2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

 

2.3. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya

icarə hüququnu təsdiq edən sənədin surəti;

 

2.4. təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat;

 

2.5. təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.).

 

 

“ASAN xidmət” mərkəzləri vasitəsilə müraciət edildikdə:

 

1. Lisenziya almaq üçün müraciət edən şəxs "ASAN xidmət" mərkəzlərinə gələrək müvafiq ərizə formasını doldurur və ərizəyə əlavə olunan sənədləri təqdim edir.

 

2. Ərizə və ona əlavə edilən sənədlər "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat  Nazirliyinin əməkdaşları tərəfindən qəbul edilir və qeydə alınır.

 

3. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, İqtisadiyyat Nazirliyi ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması üçün məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

 

4. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziya verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

 

5. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda İqtisadiyyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt  göndərişi vasitəsilə göndərir.

 

6. Ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə müvafiq “ASAN xidmət” mərkəzləri vasitəsilə İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

 

7. Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, İqtisadiyyat Nazirliyi lisenziyanın verilməsi ilə bağlı müvafiq rəy alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edir. Həmin müraciətə 7 iş günü müddətində baxılaraq cavab verilir. (Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy bildirilmədikdə və ya rəy əsaslandırılmadıqda müsbət rəy verilmiş hesab olunur).

 

8. Təhsil Nazirliyinin rəy verməsi üçün müəyyən olunan müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.

 

9. Eyni zamanda, İqtisadiyyat Nazirliyi lisenziya verilməsi ilə əlaqədar faktiki hallarla bağlı sualları izah etmək üçün "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə uyğun olaraq ekspert və ya mütəxəssis cəlb edə bilər. Ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət edildikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

 

10. Ekspert rəyinin alınması və ya mütəxəssis fikrinin ifadəsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Həmin müddət lisenziya verilməsi ilə bağlı müddətə daxil edilmir.

 

11. İqtisadiyyat Nazirliyi fəaliyyət növünün həyata keçirilməsi ilə bağlı obyektin lisenziyasının alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatların uyğunluğunu yerində qiymətləndirir.

 

12. İqtisadiyyat Nazirliyi ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında 10 iş günündən gec olmayaraq lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir.

 

13. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət rüsumunun ödənilməsi tələb olunduğu halda lisenziyanın verilməsi üçün dövlət rüsumunun ödənilməsi vəzifəsi barədə ərizəçiyə şifahi və ya məktub vasitəsi ilə məlumat verilir. Dövlət rüsumu İqtisadiyyat Nazirliyinin verdiyi məlumat alındığı tarixdən 5 iş günü ərzində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq “ASAN xidmət” mərkəzi vasitəsilə İqtisadiyyat Nazirliyinə təqdim olunur.

 

14. Dövlət rüsumunun və ödənişin ödənilməsi faktını təsdiq edən sənəd İqtisadiyyat Nazirliyinə təqdim edilmədikdə, lisenziya İqtisadiyyat Nazirliyi tərəfindən ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

 

15. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd ərizəçi tərəfindən təqdim edildikdən sonra  lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt vasitəsilə göndərilir.

 

16. Lisenziya verilməsindən imtina olunduğu təqdirdə İqtisadiyyat Nazirliyi lisenziya verilməsindən imtina haqqında inzibati akt qəbul edir və həmin inzibati akt qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

 

Mövcud qanunvericiliyə əsasən təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziyalar müddətsiz olaraq verilir.

 

Faydalı Linklər

 
LinkDownload

 

 

"İqtisadiyyat Nazirliyi təhsil müəssisələrinə təhsil fəaliyyəti üçün lisenziyanın verilməsi ilə bağlı müvafiq rəy alınması üçün Təhsil Nazirliyinə müraciət edir. Bu rəyin formalaşdırılması üçün Təhsil Nazirliyinin ekspert qrupu müvafiq müəssisəyə baxış keçirərək, onun fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğun təşkil olunmasını qiymətləndirir və 7 və ya əsaslandırılmış halda,    20 iş günü müddətində bu barədə yekun rəyini İqtisadiyyat Nazirliyinə təqdim edir.

Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən həyata keçirilən qiymətləndirmə zamanı işlərin səmərəli təşkili üçün müəssisə tərəfindən aşağıdakı şərtlərin təmin olunması vacibdir:

 

 

1. Təhsil müəssisəsinin fəaliyyətini icra edəcək əməkdaşlar müvafiq təhsil pilləsini tənzimləyən normativ sənədlərlə tanış olmalı;

 

2. Təlim-tərbiyə prosesinə dair tələb olunan sənədlər müvafiq təhsil pilləsi üzrə dövlət standartlarının tələblərinə uyğun tərtib edilməli;

 

3. Müəssisəyə baxış keçirilməsi üçün Təhsil Nazirliyinin müvafiq ekspert qrupu ilə razılaşdırılmış tarix və vaxtda təhsil müəssisəsi əməkdaşlarının iş yerində olması təmin olunmalı;

 

4. Təhsil sahəsində fəaliyyət göstərmək üçün lisenziya alınmasına dair İqtisadiyyat Nazirliyinə müəssisənin təqdim etdiyi sənədlər toplusuna müəssisəsinin Nizamnaməsi, müəssisənin illik iş planı, hər qrup tərbiyəçinin təlim-tərbiyə üzrə iş planı, proqram (kurikulum), məşğələ cədvəlinin elektron nüsxələri də daxil edilməli;

 

5. Təhsil müəssisəsinin maddi-texniki bazası müvafiq təhsil pilləsinə uyğun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarının tələblərinə uyğun olmalı;

 

6. Müəssisəsənin təlim-tərbiyə fəaliyyəti aşağıda hər bir təhsil pilləsi üzrə hazırlanmış meyar və indikatorlara cavab verməlidir."

 

 

 

Link     Download

 

 

 

 

   1.İstifadəçi əvvəlcə www.lisenziya.gov.az ünvanına daxil olaraq gücləndirilmiş elektron imzası vasitəsilə “Lisenziyalar və icazələr” portalında qeydiyyatdan keçir, elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir.

 

   2.Açılan ərizə pəncərəsində tələb edilən məlumatlar “Lisenziyalar və icazələr” portalı tərəfindən müvafiq informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, müvafiq sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

 

   3.Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra məlumatlar istifadəçi tərəfindən göndərilir.

 

   4.Müraciət “Lisenziyalar və icazələr” portalında real vaxt rejimində qeydiyyata alınır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

 

   5.Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, lisenziya verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, İqtisadiyyat Nazirliyi 5 iş günündən gec olmayaraq həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

 

   6.İstifadəçi həmin çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırdıqda, bunu təsdiq edən məlumatları (sənədləri) “Lisenziyalar və icazələr” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə göndərir. Çatışmazlıqların aradan qaldırılması barədə məlumatı istifadəçi gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

 

   7.Çatışmazlıqların aradan qaldırılması barədə məlumat “Lisenziyalar və icazələr” portalında qeydiyyata alındıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində bildiriş göndərilir.

 

   8.İstifadəçi çatışmazlıqları 10 iş günü ərzində aradan qaldırmadıqda, İqtisadiyyat Nazirliyi ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

 

   9.Ərizədə və ona əlavə edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edilmədikdə yaxud aşkar olunmuş çatışmazlıqlar yuxarıda qeyd olunan müddətdə aradan qaldırdıqda, İqtisadiyyat Nazirliyi lisenziyanın verilməsi ilə bağlı müvafiq rəyin alınması üçün “Lisenziyalar və icazələr” portalı vasitəsilə Təhsil Nazirliyinə müraciət edir.

 

   10.Təhsil Nazirliyində həmin müraciətə 7 iş günü müddətində baxılaraq “Lisenziyalar və icazələr” portalı vasitəsilə cavab verilir. (Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər).

 

   11.Lisenziya verilməsi üçün daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərin həqiqiliyinə və onlardakı məlumatların doğruluğuna əsaslı şübhələr yarandıqda, İqtisadiyyat Nazirliyi bu cür şübhələrin aradan qaldırılması üçün aidiyyəti orqanlara və müəssisələrə “Lisenziyalar və icazələr” portalı vasitəsilə sorğu verir. Bu müddət lisenziyanın verilməsi ilə bağlı müddətə daxildir.

 

   12.Lisenziyanın verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt 10 (on) iş günündən gec olmayaraq İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası təsdiq edilərək “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə göndərilir. Həmçinin bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

 

   13.Lisenziyanın verilməsi barədə qərar qəbul edildikdə, müvafiq dövlət rüsumunun ödənilməsi barədə “Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

 

   14.İstifadəçi tələb olunan dövlət rüsumunu onun elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilmiş bildirişdə göstərilən qaydada ödəyir.

 

   15.Lisenziyanın verilməsi üçün tələb olunan dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr” portalı vasitəsilə təsdiq olunur və istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində məlumat ötürülür.

 

   16.Dövlət rüsumunun ödənilməsi təsdiq olunduqda, lisenziya İqtisadiyyat Nazirliyinin müvafiq vəzifəli şəxsinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. Bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir. Həmçinin “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar real vaxt rejimində lisenziyaların və icazələrin vahid reyestrinə daxil edilir.

 

   17.Elektron müraciət etməkdə çətinlik çəkən istifadəçilərə müvafiq “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən İqtisadiyyat Nazirliyinin əməkdaşları tərəfindən zəruri köməklik, habelə məsləhət xidmətləri göstərilir.

 

Faydalı linklər

 
Link