Ekspert təlimləri
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi nəzərdə tutulub.
Təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən sertifikatlaşdırılmış ekspertlərdən ibarət olan Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir.
Akkreditasiya Komissiyası üçün ekspertlərin hazırlıq prosesi Təlim və metodologiya şöbəsi tərəfindən aparılır. Bugünə qədər ekspert bankına 1000-dən çox namizəd müraciət edib. Təlimlər 3 moduldan ibarətdir və interaktiv tədris metodları əsasında təşkil edilir. Təlimlərdə “Ali təhsil müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və keyfiyyət təminatı ilə bağlı digər məsələlər haqqında geniş məlumat verilir və gələcəkdə təhsil müəssisələrinin akkreditasiya prosesinə cəlb olunacaq ekspertlərin mövcud sahədə bilik və bacarıqlarının artırılmasına dəstək göstərilir.
Vəzifə öhədliyi
Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etmək və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsini apararaq tələb olunan keyfiyyətdə Yekun Hesabatın hazırlanmasında iştirak etmək.
Məsuliyyəti
Namizədə olan tələblər
Qeyd:
Ekspert bankına üzv olmaq üçün link vasitəsi ilə qeydiyyatdan keçin.
QEYD: Yalnız yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Təhsil müəssisələrinə təlim və metodoloji dəstək xidmətləri
Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlayır və təlimlər təşkil edir. Agentlik həmçinin təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı metodiki dəstək göstərir. Bu zamana qədər 20-dən çox ali təhsil müəssisəsinə və 4-dən çox orta ixtisas təhsili müəssisəsinə daxili və xarici keyfiyyət təminatı ilə əlaqəli müxtəlif təlimlər təşkil olunub və iştirakçılar sertifikatla təltif olunublar. Onu da qeyd etmək lazımdır ki, şöbənin metodiki dəstək fəaliyyəti çərçivəsində 1 ali təhsil müəssisəsinə metodiki və 1 ali təhsil müəssisəsinə qrant layihəsi çərivəsində xarici keyfiyyət təminatı nöqteyi-nəzərdən dəstək göstərilib.
Təlim və metodologiya şöbəsi keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması məqsədi ilə xarici ölkələrdən mütəxəssislər cəlb etməklə konfrans, müşavirə, seminar, təlim və digər tədbirlər təşkil edir.
Şöbə institusional və proqram akkreditasiya qiymətləndirilməsi aparacaq Akkreditasiya Komissiyalarının sədr və üzvləri üçün məlumatlandırıcı sessiyalar təşkil edir.
Müvafiq qanunvericiliyə uyğun olaraq hər bir təhsil səviyyəsi və pilləsi üzrə tədris aparan tabeliyindən, təşkilati hüquqi formasından və mülkiyyətindən asılı olmadan bütün təhsil müəssisələrini müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edirik. Əməkdaşlıq etmək arzusunda olan və (və ya) daha ətraflı məlumat almaq üçün info@tkta.edu.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.