Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2020-ci il tarixli 493 nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, akkreditasiya qiymətləndirilməsi Agentlik tərəfindən yaradılan və ödənişli əsaslarla fəaliyyət göstərən sertifikatlaşdırılmış ekspertlərdən ibarət olan Akkreditasiya Komissiyası tərəfindən həyata keçirilir. Agentlik sizi Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etməyə dəvət edir.
Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etmək və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq təhsil müəssisələrinin fəaliyyətinin və təhsil proqramlarının icrasının qiymətləndirilməsini apararaq tələb olunan keyfiyyətdə Yekun Hesabatın hazırlanmasında iştirak etmək.
akkreditasiya prosesinə hazırlıq mərhələsində Agentlik tərəfindən təşkil olunan müvafiq təlimlərdə iştirak etmək;
təhsil müəssisəsinin Özünütəhlil Hesabatını və əlavə olunan digər müvafiq sənədləri təhlil etmək;
təhsil müəssisəsinin Özünütəhlil Hesabatında və əlavə olunan digər müvafiq sənədlərdə göstərilən məlumatların məsafədən və ya yerində qiymətləndirməsini həyata keçirmək;
təhsil müəssisəsinin fəaliyyətində maraqlı şəxslər (tələbələr, məzunlar, müəssisənin işçi heyəti, işəgötürənlər və s.) ilə müsahibələr keçirmək;
Yekun Hesabatı hazırlayıb Agentliyə təqdim etmək;
Akkreditasiya qiymətləndirilməsi zamanı qanunauyğunsuzluq aşkar etdikdə, bu barədə Agentliyə məlumat vermək;
əsas prosessual məsələlərin müzakirəsinə dair sənədləşməni təmin etmək;
Yekun Hesabatın elektron surətini müzakirə üçün “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) “Təhsil müəssisələrinin akkreditasiyası” elektron informasiya altsisteminə (bundan sonra – sistem) yükləmək və təsdiq olunmuş surətini Agentliyə təqdim etmək;
Akkreditasiya proses ilə bağlı razılaşdırılmış son icra tarixlərinə riayət etmək;
təhsil müəssisəsinin apellyasiya şikayəti zamanı dinləmələrdə iştirak etmək və Komissiyanın fəaliyyəti barədə Apellyasiya Komissiyasına hesabat vermək;
Apellyasiya Komissiyasının qərarına əsasən Yekun Hesabata müvafiq dəyişikliklər etmək və bu barədə Agentliyi məlumatlandırmaq;
Ali təhsilli;
Ali və ya orta ixtisas təhsili sahəsində minimum 3 (üç) il iş təcrübəsi;
Daxili keyfiyyət təminatı sahəsində məlumatlı olması;
Strateji planlama və innovasiya, elmi fəaliyyətin təşkili, maliyyə və insan resurslarının idarə olunması, tədrisin təşkili və idarə olunması kimi sahələrin ən azı biri üzrə təcrübəsinin olması;
Yüksək səviyyədə Azərbaycan dili biliyi;
Microsoft Office proqramlarını (xüsusilə Power Point və Excel) yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
Monitorinq və qiymətləndirmə bacarığı;
Təşkilatçılıq bacarığı;
Seçilmiş ekspertlərin xidməti müqavilə əsasında fəaliyyətə cəlb olunacaqdır.
Akkreditasiya Komissiyasının fəaliyyətində iştirak etməyə haqq qazanmış namizədlərə təlimlərin keçirilməsi və onların sertifikatlaşdırılması planlaşdırılır.
Ekspert bankına üzv olmaq üçün link vasitəsi ilə qeydiyyatdan keçin.
QEYD: Yalnız yuxarıda qeyd edilən tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Ümumi
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Qənnadçı, şirniyyatçı”, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” və “ Poliqrafiya üzrə dizayner” peşə ixtisasları üzrə mütəxəssisləri vətəndaşların qeyri-formal və informal təhsil yolu ilə əldə olunan bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi məqsədilə yaradılan “Qiymətləndirmə Komissiyası”nda ekspert qismində iştirak etmək üçün əməkdaşlığa dəvət edir.
Peşə təhsil müəssisələrinin nümayəndələri, eləcə də işəgötürənlər və onların nümayəndələri vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə yaradılan Ekspert bankına müraciət edə bilərlər.
Namizəddən tələblər:
Keçiriləcək praktiki imtahanlarda ekspert qismində iştirak etmək istəyən peşə təhsili müəssisələrinin nümayəndələri, eləcə də işəgötürənlər və onların nümayəndələri:
müvafiq sahə üzrə ən azı 5 illik iş təcrübəsinə və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədinə sahib olmalı;
İxtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştəyə malik olmalı;
Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığına malik olmalı;
Namizədlə ünsiyyət qurma və işləmə bacarığına sahib olmalıdırlar.
Vəzifə öhdəlikləri:
Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;
Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaq və maraqların toqquşmasından qaçmaq;
Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların (imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq və Agentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq;
Qiymətləndirmə metodlarının tətbiqinin təkmilləşdirilməsi üçün təlimlərdə iştirak etmək.
Qeyd edək ki, seçilmiş ekspertlər xidməti müqavilə ilə fəaliyyətə cəlb olunacaqlar.
Müraciət etmək istəyən şəxslərdən sorğunu doldurmaqla yanaşı CV-lərini qfitt@tkta.edu.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.