Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kombi və kondisioner ustası”, “Mebel ustası” və “Arıçı” peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
Belə ki, sözügedən ixtisaslar üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən peşə sahibləri səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat üçün yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.
