Ümumi məlumat
Qeyri-formal təhsil- formal təhsil mühitindən kənarda baş verən yəni, müxtəlif kurslarda, dərnəklərdə, təlim və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur.
İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Yəni, gündəlik həyatımızda müxtəlif mənbələrdən maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.
Qeyri-formal və informal təhsilin tanınması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə təsdiq edilmiş "Qayda"əsasında tənzimlənir. Sözügedən xidmət ödənişlidir, vətədaşlardan bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixili 508 nömrəli Qərarına əsasən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur.
Yekun əldə edilən peşə ixtisasını təsdiq edən sertifikat vətəndaşa əmək fəaliyyətinə başlamaq hüququ veririr. Əldə edilən peşə ixtisasını təsdiq edən diplom isə ilk peşə təhsili səviyyəsində təhsil haqqinda sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.
QFİTT-in fəaliyyəti ilə linkə keçid edərək tanış ola bilərsiniz
Müraciət qaydaları
Ümumi orta təhsil səviyyəsini ən azı 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən azı 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər.
Qiymətləndirmə və tanınma ilə bağlı prosedur 4 mərhələdən ibarətdir :
Tələb olunan sənədlər
İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların təqdim olunması tələb edilir.
Qeyd: İlkin baxış mərhələsindən uğurla keçən ərizəçilərdən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səristə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üçün 80 AZN məbləğində ödəniş qəbzi tələb olunur. Ödənişlə bağlı təlimatla buradan tanış ola bilərsiniz.
Qeyri-formal və informal təhsilin tanınması prosesi aşağıdakı ixtisaslar üzrə həyata keçirilməkdədir:
1. Aşpaz Qeydiyyat
2. Avtomobil mühərriklərinin yığıcısı Qeydiyyat
3. Avtomobillərin təmiri üzrə çilingər Qeydiyyat
4. Bağban dekorator Qeydiyyat
5. Baytar texniki Qeydiyyat
6. Bərbər manikürçü-vizajist Qeydiyyat
7. Bərbər Qeydiyyat
8. Bitkiçilik mütəxəssisi Qeydiyyat
9. Dayə Qeydiyyat
10. Dərzi Qeydiyyat
11. Elektrik qaz qaynaqçısı Qeydiyyat
12. Əməliyyatçı mühasib Qeydiyyat
13. Ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi xəzinədar Qeydiyyat
14. Heyvandarlıq mütəxəssisi Qeydiyyat
15. İnşaat ustası Qeydiyyat
16. Kargüzar Qeydiyyat
17. Komputer operatoru Qeydiyyat
18. Mənzil təsərrüfat xidməti Qeydiyyat
19. Mobil telefonların təmiri ustası Qeydiyyat
20. Mühafizəçi Qeydiyyat
21. Plastik boru qaynaqçısı Qeydiyyat
22. Poliqrafiya üzrə dizayner Qeydiyyat
23. Qənnadçı, şirniyyatçı Qeydiyyat
24. Tikiş avadanlıqlarının operatoru, tikişçi Qeydiyyat
25. Turizm sahəsində iaşə mütəxəssisi Qeydiyyat
26. Zərgər Qeydiyyat
27. Təmirçi-çilingər Qeydiyyat
TKTA tərəfindən qeyri-formal və informal təhsilin tanınması üzrə qeydiyyat prosesinin asanlaşdırılması məqsədilə linkə keçid edərək video təlimatla tanış ola bilərsiniz.
Video təlimatın hazırlanmasında məqsəd vətəndaşlar tərəfindən müvafiq sənədlərin yüklənməsi zamanı qarşıya çıxan çətinliklərin aradan qaldırılmasıdır. Qeyd edək ki, video təlimatın səsləndirilməsində süni intelektdən istifadə edilmişdir.
Sertifikatlaşmanın həyata keçirilməsi üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi maraqlı tərəflərlə (dövlət və özəl sektoru təmsil edən işəgötürənlər) əməkdaşlıq edir!
Bugünədək əməkdaşlıq etdiyimiz müəssisələr:
“Qeyri-formal və informal təhsilin tanınması prosesində göstərdiyiniz dəstəyə və səmərəli fəaliyyətinizə görə Sizə təşəkkür edir, əməkdaşlığımızdan məmnunluq duyduğumuzu bildiririk!”