Image alternative text, required
TKTA “Turizm sahəsində iaşə üzrə mütəxəssis” (barmen, barista, ofisiant, və oteldə aşpaz köməkçisi) peşə ixtisası üzrə sənəd qəbulu elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

Belə ki, turizm sektoru üzrə peşəkar fəaliyyət göstərən lakin, bu və ya digər səbəblərdən təhsil sənədi olmayan ofisiant, barmen, barista, aşpaz, turizm təşkilatçıları və s. əldə etdikləri səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Vətəndaşlar imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə, müraciət etmək üçün  qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət yekunlaşan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcəkdir.