Image alternative text, required
TKTA “Tikiş avadanlıqlarının operatoru, tikişçi” peşə ixtisası üzrə sənəd qəbulu elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Tikiş avadanlıqlarının operatoru, tikişçi” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən peşəkarlar öz səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilən keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün artıq qeydiyyatdan keçə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət yekunlaşan müraciətçiyə müvafiq modul üzrə Sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə edən ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - Diplom  təqdim ediləcəkdir.