Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Avrasiya Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında fəaliyyət göstərən akademik və inzibati heyətə “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” barədə məlumatlandırma günü keçirilib.
Seminar ərzində iştirakçılara yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları” və bu qaydalara əsasən ali təhsil müəssisələrinin akkreditasitya prosesində ekspertlərin rolu və əhəmiyyəti barədə geniş məlumat verilib. Seminarlar ərzində sözügedən ali təhsil müəssisələrinin əməkdaşlarının yeni redaksiyada təsdiq olunmuş akkreditasiya qaydaları barədə suallarına cavablar verilib və faydalı müzakirələr baş tutub.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Akkreditasiya prosesində iştirak etmək istəyən namizədləri keçid-dən istifadə edərək “Ekspert bankı”na müraciət etməyə dəvət edir.