Image alternative text, required
TKTA “Elektrik qaz qaynaqçısı” peşə ixtisası üzrə sənəd qəbulu elan edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

 

Belə ki, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən şəxslər səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Vətəndaşlar imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə, müraciət etmək üçün  qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.

 

Məlumat üçün qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət yekunlaşan müraciətçiyə müvafiq modul üzrə Sertifikat təqdim ediləcəkdir.