Image alternative text, required
TKTA ali təhsil müəssisəsləri üçün onlayn seminar təşkil edib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Bakı Mühəndlislik Universiteti, Naxçıvan Universiteti,  Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən akademik heyət üçün “Akkreditasiya qiymətləndirilməsində ekspertlərin rolu” mövzusunda seminar təşkil olunub.

 

Seminarın keçirilməsində məqsəd yeni redaksiyada təsdiq olunmuş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na əsasən akkreditasiya qiymətləndirilməsini həyata keçirəcək Akkreditasiya Komissiyalarının fəaliyyətində ekspert kimi iştirak etməyin əhəmiyyəti və tələblərinə dair məlumat verməkdən ibrarətdir.

 

Seminar zamanı iştirakçılara TKTA-nın fəaliyyət istiqamətlərinə dair geniş məlumat verilib. Eyni zamanda, Agentlik tərəfindən yaradılan “Ekspert bankı”na seçilmiş nümayəndələr üçün müvafiq təlimlərin təşkil olunması və ekspertlərin sertifikatlaşdırılması məsələsi də diqqətə çatdırılıb.

 

Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi akkreditasiya prosesində iştirak etmək istəyən namizədləri keçid  vasitəsi ilə tələblərlə tanış olaraq “Ekspert bankı”na müraciət etməyə dəvət edir.