Image alternative text, required
Sənəti olan, sənədi ilə Qarabağa qayıtsın!
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə qeyri-formal və informal təhsilin tanınması fəaliyyət istiqaməti üzrə  “Qarabağa qayıdış” layihəsi həyata keçirilir. Layihə çərçivəsində azad olunan ərazilərə geri qayıdacaq məcburi köçkünlərin kvalifikasiyalarının tanınması ilə onların özünüməşğulluq imkanlarının artırılmasına dəstək göstəriləcəkdir.

 

Belə ki, formal təhsil alma imkanı olmayan, lakin peşəsi üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçən və ya usta yanında özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnən vətəndaşlar “Bərbər”, “Bağban-dekorator”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Qənnadçı-şirniyyatçı” və “Mobil telefonların təmiri ustası” peşə ixtisasları üzrə həmin səriştlələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

 

Qeyd edək ki, imtahanlarda uğurlu nəticə əldə edən ərizəçilər ilk peşə təhsili səviyyəsində diplom əldə edə və azad olunmuş ərazilərimizdə məşğulluq imkanlarından yararlana bilərlər.

 

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat əldə etmək üçün keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.