Təhsildə Keyfiyyət Təminatı Agentiliyi mütəxəssisləri “Plastik boru qaynaqçısı”, “Poliqrafiya üzrə dizayner”, “Qənnadçı-şirniyyatçı” və “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisasları üzrə vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə yaradılan ekspert bankına müraciət etməyə dəvət edir.
Belə ki, Qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması prosesi Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçirlir.
Müraciət üçün, Agentliyin internet saytının (www.tkta.edu.az) “Ekspert bankı” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsi ilə elektron qeydiyyatdan keçmək mümkündür.