28 aprel 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Qeyd edek ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilmə aparılacaqdır. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcəkdir.
Qeyd edək ki, peşə ixtisasları üzrə qeydiyyat davam edir. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri qfitt@tkta.edu.az ünvanına göndərə bilərlər.