Image alternative text, required
Akkreditasiya proseslərində iştirak edəcək ekspertlərin seçimi davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi Agentlik tərəfindən yaradılmış müstəqil ekspert qrupundan ibarət olan Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssisləri, sahə üzrə elmi işçilər, əmək bazarı və təhsilalanların nümayəndələri arasından qanunvericiliyə uyğun olaraq seçilə bilər. Bu məqsədlə akkreditasiya prosesində iştirak etmək istəyən namizədlər üçün Agentlik tərəfindən “Ekspert Bankı” yaradılıb.

 

Akkreditasiya proseslərində iştirak etmək istəyən və Ekspert Bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar. Yanlız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunacaqlar. Belə ki, bu zamana qədər 600-dən çox namizəd Ekspert bankına müraciət etmişdir. Seçilmiş ekspertlər Agentlik tərəfindən müvafiq təlimlərə cəlb olunmaqdadır.

 

Ekspert bankına müraciət üçün qeyd olunan linkdən istifadə edə bilərsiniz.

 

Qeyd: 

  1. Ekspert bankına yalnız bir dəfə müraciət etmək mümkündür.
  2. Ekspert fəaliyyətinə dair daha geniş məlumatı qeyd olunan linkə daxil olaraq əldə edə bilərsiniz.