Image alternative text, required
Akkreditasiya proseslərində iştirak edəcək ekspertlər üçün təlimlər davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Təlim və metodologiya şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi prosesində iştirak edəcək ekspertlər üçün  təlimlər davam edir.

 

Qeyd edək ki, təlimlərə Agentlik tərəfindən yaradılmış “Ekspert bankı”na müraciət etmiş və müəyyən olunmuş minimal tələblərə cavab verən namizədlər cəlb olunurlar. Təşkil olunan təlimlərdə ekspertlərə Avropa Ali Təhsil Məkanında Keyfiyyət Təminatı üzrə Təlimat və Standartlara, ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin qiymətləndirilməsi zamanı diqqət olunacaq məqamlara, Təhsil müəssisələrinin akkreditasiyası Qaydalarına və Ali təhsil müəssisəsinin institusional qiymətləndirilməsi meyarlarına dair geniş məlumat verilir.

 

Ali təhsil müəssisələrinin akkreditasiya qiymətləndirilməsi proseslərində ekspert qismində iştirak etmək istəyən namizədlər (bundan öncə ekspert bankına müraciət etməmiş) qeyd olunmuş keçid vasitəsi ilə müraciət edə bilərlər.