Image alternative text, required
Şəhadətnamə(lər) itirildiyi zaman nə etməliyəm?
Müraciət qaydaları

Müraciət zamanı yaranmış və ya qarşılaşdığınız hər hansı texniki nasazlıqla bağlı, adınızı, soyadınızı və ata adınızı qeyd etmək şərtilə,  info@tkta.edu.az ünvanına və 146-8 çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Xidmət haqqı

Bildiririk ki, elektron ərizə yaradıldığı zaman müraciətçilər ilk olaraq xidmət qaydaları ilə və ödəniləcək 250 AZN xidmət haqqının geri qaytarılmayacağı barədə şərtlərə etiraz etmədiklərini bildirməlidir. Yalnız şərtləri təsdiq etdikdən sonra əməliyyata davam etmək mümkündür.

Bu səbəbdən, müraciətçilərə elektron ərizə yaradılan zaman xidmət şərtlərini diqqətlə nəzərdən keçirmələri tövsiyyə olunur.

Tələb olunan sənədlər

Sənədlərin yüklənmə qaydası ilə bağlı ətraflı məlumat üçün "Kvalifikasiyaların tanınması - Tələb olunan sənədlər" bölməsinə daxil olmağınız xahiş olunur.

Elektron ərizə və sənədlərə baxılması

Şəxsi kabinetin şifrəsi unudulduğu təqdirdə, “ŞİFRƏNİ UNUTMUŞAM” bölməsini sıxaraq şifrəni bərpa etmək mümkündür. Yenilənmiş şifrə barədə məlumatlar qeydiyyat zamanı müraciətçinin qeyd etdiyi elektron poçt ünvanına ötürülür.

 

Əgər şifrənin bərpası zamanı qeydiyyatdan keçərkən istifadə olunan elektron poçt ünvanı aktiv deyilsə, bununla bağlı info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur. Ətraflı məlumat üçün təlimata daxil olmağınız xahiş olunur.

Xaricdə təhsil

Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur. Belə mənbələrə (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) məxsus məlumatlarla tanış olmaq üçün internet axtarış sistemlərindən istifadə edə bilərsiniz.