Ümumi
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq kvalifikasiyaların tanınması üzrə qabaqcıl beynəlxalq təcrübələr araşdırılaraq mövcud prosesin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.
Vəzifə
Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölməsinin əsasnaməsinə uyğun olaraq kvalifikasiyaların tanınması istiqamətində beynəlxalq təcrübəni öyrənərək cari prosesin təkmilləşdirilməsində iştirak olacaqdır.
Məsuliyyət
|
|
|
|
Tələblər
Ali təhsil;
Dövlət Qurumlarında və yə digər əlaqəli müəssisələrdə 2-3 illik iş təcrübəsi;
Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından istifadə bacarığı;
Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
Təşəbbüslər ilə çıxış etmək bacarığı;
Gərgin iş rejimində işləmək bacarığı;
Üstünlüklər
Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 22.07.2021
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “KTŞ aparıcı məsləhətçi” qeyd etməklə göndərə bilərlər.