İnformasiya və insan resursları şöbəsi
 Aparıcı məsləhətçi
	- Agentliyin illik media planlarının tərtib olunması istiqamətində və planın icrası barədə tapşırılan işləri həyata keçirilməsi;
 
	- Agentliyin fəaliyyətinin kütləvi informasiya vasitələrində (bundan sonra – KİV) işıqlandırılması ilə əlaqədar pres-relizlərin, məlumat bülletenlərinin, bəyanatların, müsahibələrin, çıxışların hazırlanması;
 
	- Agentliyin rəsmi internet saytı və sosial şəbəkələrdəki səhifələri üçün məlumatların Azərbaycan və ingilis dilində  hazırlanmasını və məlumatları sayt və səhifələrdə yerləşdirilməsinin həyata keçirilməsi;
 
	- Agentliyin fəaliyyəti ilə bağlı KİV-lərdə yayımlanan materialların gündəlik monitorinqini aparılması və təhlillər nəticəsində müvafiq hesabatların hazırlanması;
 
	- KİV nümayəndələri ilə əlaqə qurulması və zəruri məlumatların mətbuat orqanlarında yerləşdirilməsinin təmin eilməsi;
 
	- Agentliyin rəsmi internet səhifəsini və sosial şəbəkədə olan hesablarının mütəmadi olaraq izlənməsi, dizayn və struktur dəyişiklərinə dair təkliflərin verilməsi;
 
	- Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.
 
Tələblər:
	- Tam ali təhsil;
 
	- İctimaiyyətlə əlaqələr/marketinq sahəsi üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
 
	- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
 
	- Dil bilikləri: İngilis dili əsasdır. Rus dili arzuolunandır;
 
	- MS Office proqram biliyi, Facebook Ads, Google Analytics, Google Ads üzrə biliklər;
 
	- İctimaiyyətlə əlaqə və rəqəmsal marketinq istiqamətləri üzrə biliklərin olması arzuolunandır.
 
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi 30.12.2023
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.