Akkreditasiyaya dair müraciətlər yalnız elektron qaydada edilir. Həmin müraciətlər “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (TMİS) qeydiyyata alınır və hər bir təhsil müəssisəsinə sistemdə şəxsi kabinet açılır. Müraciət Agentliyə daxil olduqdan sonra təhsil müəssisəsinin müraciətdə göstərdiyi əlaqə telefonuna və elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Müəssisə qeydiyyat şifrəsi vasitəsilə onun üçün açılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər.