Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlayır və təlimlər təşkil edir. Agentlik həmçinin təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı metodiki dəstək göstərir. Bu zamana qədər 20-dən çox ali təhsil müəssisəsinə və 4-dən çox orta ixtisas təhsili müəssisəsinə daxili və xarici keyfiyyət təminatı ilə əlaqəli müxtəlif təlimlər təşkil olunub və iştirakçılar sertifikatla təltif olunublar. Onu da qeyd etmək lazımdır ki, şöbənin metodiki dəstək fəaliyyəti çərçivəsində 1 ali təhsil müəssisəsinə metodiki və 1 ali təhsil müəssisəsinə qrant layihəsi çərivəsində xarici keyfiyyət təminatı nöqteyi-nəzərdən dəstək göstərilib.
Təlim və metodologiya şöbəsi keyfiyyət təminatı mövzusunda fərdlərin səriştələrinin artırılması məqsədi ilə xarici ölkələrdən mütəxəssislər cəlb etməklə konfrans, müşavirə, seminar, təlim və digər tədbirlər təşkil edir.
Şöbə institusional və proqram akkreditasiya qiymətləndirilməsi aparacaq Akkreditasiya Komissiyalarının sədr və üzvləri üçün məlumatlandırıcı sessiyalar təşkil edir.
Müvafiq qanunvericiliyə uyğun olaraq hər bir təhsil səviyyəsi və pilləsi üzrə tədris aparan tabeliyindən, təşkilati hüquqi formasından və mülkiyyətindən asılı olmadan bütün təhsil müəssisələrini müvafiq istiqamətlər üzrə təlim xidmətlərinin göstərilməsinə dair əməkdaşlığa dəvət edirik. Əməkdaşlıq etmək arzusunda olan və (və ya) daha ətraflı məlumat almaq üçün info@tkta.edu.az elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.