Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tam orta, orta ixtisas təhsil pilləsi, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə kvalifikasiyaların tanınması həyata keçirilir.
Tanınma xidməti ödənişlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün isə 20 AZN xidmət haqqı ödəməlidirlər.
Qeydiyyat elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Qeydiyyat zamanı təqdim edilən elektron poçt və mobil nömrə daim istifadə edilən olmalıdır. Belə ki, ərizələrlə bağlı yeniliklər bu vasitələr üzərindən mütəmadi olaraq bildirilməkdədir.
DİQQƏT! Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üçün yekun təhsil sənədini verən ali təhsil müəssisənin təhsil alınan ölkənin səlahiyyətli qurumu tərəfindən akkreditə olunması başlıca şərtlərdən hesab edilir. Bu səbəbdən, vətəndaşların seçdikləri ali təhsil müəssisəsinin dövlət akkreditasiyasına sahib olduğuna əmin olmaları tövsiyə olunur!
Qeyd edək ki, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə etmək mümkündür.
Tələb edilən sənədlər
Orta ixtisas təhsili:
Bakalavr:
Qeyd: Köçürülmə olduğu halda - tədris müddətində müəssisələrarası/müəssisədaxili köçürülməya dair rəsmi arayışın elektron surəti [skan] tələb olunur.
Qeyd: Bakalavriat səviyyəsinə orta ixtisas təhsili haqqında diplom əsasında qəbul olunduğunuz halda – həmin diplomun elektron surəti [skan] tələb olunur.
Magistratura:
QEYD:
1. Magistratura təhsil səviyyəsi üzrə müraciət olunubsa, bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, ilk öncə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün müraciət olunmalıdır.
2. Tanınma üçün tələb olunan sənədlər elektron ərizə vasitəsilə müraciətçinin şəxsi kabinetinə əlavə olunmalıdır. Elektron poçt, məktub və ya fiziki qaydada təqdim olunan sənədlər icraata götürülmür.
3. Təhsil haqqında sənəd (diplom) və ona əlavə (transkript) tanınma üçün müraciət olunmadan verildiyi ölkədə leqallaşdırılmalıdır.
4. Tələb olunan hər bir sənəd, həcmi 5 MB-dan çox olmamaq şərti ilə PDF formatında yüklənilməlidir.
5. Tələb olunan hər bir sənəd səhifələri rəngli və oxunaqlı şəkildə yüklənilməlidir.
Ekspertizanın yekununda müsbət rəylə qiymətləndirilmiş ərizəçilərə, müvafiq olaraq elektron şəhadətnamə təqdim olunur.
İstifadə rahatlığını təmin etmək çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim olunmuş sənədlərin həqiqiliyini yoxlamaq məqsədilə istifadəyə verilmiş məlumat bazasından xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür.
Həmin məlumat bazası vasitəsilə, həmçinin, ekspertiza müddətində aidiyyəti yerə təqdim etmələri üçün ərizəçilər tərəfindən əldə olunmuş müxtəlif növ elektron arayışların da həqiqiliyini yoxlamaq mümkündür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən diplom, diplom əlavəsi və qismət tanınması üçün müraciət edilmiş akademik transkript sənədləri Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi” ilə müəyyən edilmiş qaydada və ya “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın tələblərinə uyğun olaraq leqallaşdırılmalıdır.
Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkriptii imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir.
QEYD: Kovensiyaya qoşulmayan xarici ölkələrdə alınan ali təhsil sənədləri, sənədi verən ölkənin səlahiyyətli qurumunda müvafiq qanunlara uyğun olaraq təsdiq edildikdən sonra Azərbaycan Respublikasının həmin ölkədəki səfirliyində (və ya konsulluğunda) leqallaşdırılmalıdır.
DİQQƏT! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”na əsasən Azərbaycan gənclərinin dövlət proqramları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları, o cümlədən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar üzrə təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.
1. Kadr bankı xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanını artırmaq, eyni zamanda, işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən yaradılmışdır.
2. Yalnız xaricdə ali təhsil almış və diplomları ölkə ərazisində tanınmış vətəndaşlar sözügedən kadr bankına qoşula bilərlər.
3. Kadr bankına qoşulmaq üçün vətəndaşlar elektron ərizə sistemi (http://apply.enic.edu.az) üzrə yaratdıqları kabinetə daxil olmalıdırlar.
4. Kabinetə daxil olduqdan sonra ərizəçilər “Kadr bankına qoşul” düyməsinə sıxmalı, tərcümeyi-hallarını və fotoşəkillərini əlavə etdikdən sonra müraciətlərini təsdiq etməlidirlər:
5. Tərcümeyi-halın formatına dair hər hansı məhdudiyyət yoxdur. Bununla belə, təqdim edilən sənədlərin standartlara uyğun qaydada hazırlanması işəgötürənlər tərəfindən həmin sənədə baxılması zamanı mühüm rol oynayır.
6. Fotoşəklin 3x4 formatında olması arzuolunandır, lakin məcburi deyil. Təqdim olunan fotoşəkillərin çəkilişi zamanı açıq rəngli fonlardan istifadə olunması zəruridir. Nümunə:
7. Təqdim olunan fotoşəkillər tələblərə uyğun olmadıqları və ya keyfiyyətsiz olduqları təqdirdə, kadr bankına qoşulmaq üçün edilən müraciətlər geri qaytarılır və müraciətçiyə bu barədə bildiriş göndərilir.
8. Şəxsi kabinetinizə daxil ola bilmədikdə və ya şəxsi kabinet yaratmaq istədikdə, şəxsiyyət vəsiqənizin elektron surəti ilə birlikdə Agentliyin info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.