18 aprel 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Zərgər” peşə ixtisası üzrə praktiki imtahan həyata keçirilib.
Namizədlər “Zərgər” peşəsi üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi istiqamətində praktiki imtahan üçün Irs Traditional Jewellery şirkətinə dəvət olunublar.
TKTA-nın Hüquq təminatı departamentinin direktoru Vüqar Bağırlının sədrlik etdiyi Qiymətləndirmə Komissiyasının tərkibində komissiyanın üzvləri - Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Fuad Mehdizadə, fərdi sahibkar Hikmət Rüstəmov, müstəqil ekspert qismində təlimçi-ekspert Eduard Şamaryayev iştirak ediblər.
Sözügedən imtahanın keçirilməsində əsas məqsəd əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların rifahının artırılması və əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına dəstək verməkdən ibarətdir.
Yekunda imtahandan yüksək nəticə göstərmiş ərizəçilər adıçəkilən peşə ixtisası üzrə müvafiq sənədlə təltif olunur.