Image alternative text, required
Xarici diplomların tanınması barədə mənfi qərarların səbəbləri
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyində xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların səbəbləri arasında aşağıda qeyd edilən iki göstərici üstünlük təşkil edir.

1.Tələbənin təhsil səviyyəsi və forması üzrə ali təhsil müəssisəsində tələb olunan müddətdən az olması.

2.Təhsilin məzmununu mənimsəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması.

2017-ci ildən etibarən verilən imtinaların 25%-i ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir.

Qeyd edək ki, həmin ali təhsil müəssisələri tələbələr ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzunlara diplom təqdim edir.Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır.

Sözügedən ali təhsil müəssisələrinin siyahısını diqqətinizə çatdırırıq: