Image alternative text, required
Xarici diplomları tanınan şəxslərin məlumatları artıq myGov portalında!
Title

Azərbaycan Respublikası ərazisində tanınan xarici diplomlar barədə məlumatlar myGov portalı vasitəsilə təklif olunan xidmətlərin siyahısına əlavə edilib. Yazılan xüsusi veb-servis əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron reyestri üzrə məlumatların myGov portalına ötürülməsi təmin edilib.

 

Beləliklə, xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınan müvafiq diplom sahibləri haqqında məlumatların artıq portal vasitəsilə əldə olunması mümkün hesab edilir.

 

Belə ki, əlaqəli şəxslər portalda “Məlumatlarım” hissəsindən “Xarici diplomlarım” bölməsinə keçid edərək, xarici dövlətdə aldıqları ali təhsil ixtisasları haqqında zəruri məlumatları yükləyə bilərlər.

 

Qeyd etmək istərdik ki, cari dövrə kimi xarici ali təhsil ixtisasları Azərbaycan Respublikası ərazisində tanınan müvafiq diplom sahibləri barədə məlumatların əldə olunması yalnız Agentliyin “Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası” (https://apply.enic.edu.az/e-reference/) vasitəsilə mümkün hesab edilirdi.