Məlum olduğu kimi, 13 aprel 2025-ci il tarixində Bakıda dünyanın müxtəlif ölkələrinin universitetlərinin təmsil olunduğu Beynəlxalq Təhsil Sərgisinin təşkil olunması nəzərdə tutulur. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) sözügedən sərgidə iştirak edəcək xaricdə təhsil almaq istəyən vətəndaşlara təhsillərini tamamladıqdan sonra əldə olunacaq kvalifikasiyanın tanınmasında hər hansı bir çətinliklə qarşılaşmamaq üçün aşağıda qeyd olunan zəruri məqamlara diqqət yetirmələrini tövsiyə edir. Məlumat üçün bildiririk ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” əsasında həyata keçirilir.
Məlumat üçün bildiririk ki, sözügedən Qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Bundan əlavə bildiririk ki, vətəndaşlarımıza dəstək məqsədilə TKTA-nın internet səhifəsində Agentliyə edilən müraciətlər əsasında “Tanınmayan universitetlərin siyahısı”(https://www.tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi) və “Ən çox imtina alan universitetlərin siyahısı” (https://www.tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi) dərc edilib və mütəmadi yenilənir.
Eyni zamanda, vətəndaşlarımız qeyd edilən məsələlərlə bağlı daha ətraflı məlumat əldə etmək üçün Agentliyin 146-8 Çağrı Mərkəzinə zəng edə və ya info@tkta.edu.az elektron poçt ünvanına yaza bilərlər.
Agentlik olaraq, vətəndaşlarımıza müvafiq seçim etməmişdən əvvəl yuxarıda qeyd edilən Qaydalarla tanış olmağı tövsiyə edirik.