Image alternative text, required
XARİCDƏ TƏHSİL ALAN VƏ DİPLOMLARI TANINAN ƏRİZƏÇİLƏRİN KADR BANKI – WWW.KADR.TANİNMA.AZ - İSTİFADƏYƏ VERİLDİ
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil alan və diplomları tanınan ərizəçilərin tərcümeyi-hallarının yer aldığı elektron resursu (www.kadr.taninma.az) istifadəyə verdi.  Məlumat üçün bildirək ki, işəgötürənlər kadr bankında təhsil ölkəsi, təhsil müəssisəsi və (ya) ixtisas üzrə axtarış etməklə tələblərinə uyğun namizədləri müəyyən edə bilərlər.

 

Kadr bankının yaradılmasında məqsəd bilik, bacarıq və səriştələri ölkə ərazisində tanınmış şəxslərin əmək bazarına girişinə dəstək göstərmək və eyni zamanda işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə verməkdir.

 

Qeyd edək ki, kadr bankı Agentliyin xarici kvalifikasiyaların tanınması üzrə elektron xidmətlərin keyfiyyətinin və kəmiyyətinin artırılması istiqamətində həyata keçirdiyi layihələrdən biridir. Əlavə yeniliklərlə bağlı vətəndaşlara məlumatlar rəsmi veb saytı (www.tkta.edu.az) və ya sosial media hesabları üzərindən təqdim ediləcəkdir.