30 may 2025-ci il tarixində TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən qəbul cədvəlinə uyğun olaraq, vətəndaş qəbulu həyata keçirilib.
Qəbul zamanı vətəndaşın xarici dövlətin ali təhsil müəssisəsindən əldə etdiyi kvalifikasiyanın tanınması ilə bağlı müraciəti dinlənilib. Qeyd olunan müraciət müvafiq araşdırılma üçün nəzarətə götürülüb və onun qanunvericilik çərçivəsində həlli istiqamətində lazımi tapşırıq verilib.
Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq, Agentliyin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-8 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.
Məlumat üçün bildiririk ki, may ayı üzrə qəbul cədvəlinə uyğun olaraq Agentliyin rəhbərliyi, eyni zamanda struktur bölmə rəhbərləri tərəfindən ümumilikdə 6 dəfə olmaqla, 43 vətəndaşın qəbulu həyata keçirilib.