Image alternative text, required
Vətəndaş qəbulu həyata keçirilib
Title

28 fevral 2025-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən qəbul cədvəlinə uyğun olaraq, vətəndaşların qəbulu həyata keçirilib.

Qəbul zamanı vətəndaşların xarici dövlətlərin ali təhsil müəssisələrindən əldə etdikləri kvalifikasiyalarının tanınması ilə bağlı müraciətləri dinlənilib, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb və onların qanunvericilik çərçivəsində həlli istiqamətində müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul cədvəlinə uyğun olaraq, Agentliyin rəhbərliyi tərəfindən hər ay vətəndaşların qəbulu keçirilir. Vətəndaşlar 146-8 Çağrı Mərkəzinə zəng edərək qəbula yazıla bilərlər.