Image alternative text, required
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib
Title

12.05.2023-cü il tarixində  Təhsildə Keyfiyyat Təmintı Agentliyinin və Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və onun Azərbaycan təhsilində rolu” mövzusunda seminar keçirilib.

 

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edib, YAP Nizami rayon təşkilatının inzibati binasında yeləşən büstü önünə gül dəstələri qoyublar.

 

Azərbaycan Dövlət Himni səsləndikdən sonra   Ümummilli Lider Heydər Əliyevin şərəfli həyat yolundan və müdrik siyasi fəaliyyətindən bəhs edən videoçarx nümayiş edilib.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Ülkər Səttarova və YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tədbir iştirakçılarını salamlayıb və sözü Elm və Təhsil nazirinin müavini Firudin Qurbanova veriblər.

 

Ulu Öndərin mənalı ömür yolu və ictimai-siyasi fəaliyyəti ilə bağlı geniş məruzə edən F.Qurbanov bildirib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi: ”Dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edirdi. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər”.

 

Nazir müavini onu da vurğulayıb ki, Ulu Öndərin ölkəmizdə apardığı məqsədyönlü siyasətin mərkəzində dayanan ən əsas məsələlərdən biri də Azərbaycan Respublikası vətəndaşının ictimai-siyasi sabitliyin qorunub saxlandığı bir ölkədə yaşamasının təmin edilməsi olmuşdur. Dahi şəxsiyyət tərəfindən atılan qətiyyətli addımlar və görülən təxirəsalınmaz tədbirlər nəticəsində mühüm uğurlar əldə edilmiş, xalqın siyasi və ictimai asayişinin qorunduğu bir respublikada təhlükəsiz yaşamağı təmin olunmuşdur.