Image alternative text, required
TKTA “Yerli şirkətlərin tanıtım sərgisi”ndə təmsil olunub
Title

İyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə “Yerli şirkətlərin tanıtım sərgisi”nə start verilib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri tədbirdə iştirak edərək qeyri formal və informal təhsilin tanınması istiqamətində sahibkar və ziyatərçiləri məlumatlandırıb.

 

Bu il 5-ci dəfə keçirilən və 3 gün davam edəcək sərgidə təhsil, İKT, qida, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirir.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni imkanlar açmaq və şirkətlər arasında qarşılıqlı, faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

 

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşəkar kadrların əmək bazarına çıxış imkanlarını genişləndirmək, onların məşğulluq səviyyəsinə və sosial rifahına dəstək vermək məqsədi ilə peşə təhsili üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçirir. Bu missiyanın həyata keçirilməsi üçün Agentlik müxtəlif sektorlardan olan işəgötürənlərlə - dövlət, özəl və qeyri-hökümət təşkilatları ilə əməşdaşlıq etməkdədir.