15 mart 2022-ci il tarixindən etibarən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin vətəndaş qəbulu Təhsil Nazirliyinin inzibati binasında ənənəvi formatda keçiriləcəkdir.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Çağrı Mərkəzi"nin 146-6 və ya nazirliyin +99451-206-78-48 "Whatsapp" nömrəsinə müraciət edərək qəbula yazıla bilərlər.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli, 71 nömrəli Qərarı ilə “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli, 151 nömrəli Qərarına edilən dəyişikliklərə əsasən 6 mart 2022-ci il tarixdən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna icazə verilib.