Image alternative text, required
TKTA və “Paşa Holding” MMC birgə sosial layihəyə imza atıb
Title

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC arasında sosial cəhətdən həssas qruplardan olan qadınların işsizlik problemlərinin həllinə dəstək olmaq məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Memorandum çərçivəsində Agentliyin təşkilatçılığı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə 16 ərizəçi “Qənnadçı-şirniyyatçı” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş səriştələrin tanınması məqsədilə həyata keçirilən qiymətləndirmə prosesinə cəlb olunub.

 

Bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsindən uğurla keçmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi əldə edəcəkdir. Prosesin sonunda əldə edilən təhsil sənədi, həmin xanımların ömürboyu təhsildə iştirakının stimullaşdırılmasında, əmək bazarında özlərini reallaşdırmasında və beləcə cəmiyyətə daha tez inteqrasiyasında rol oynayacaq.