Image alternative text, required
TKTA və “Paşa Holding” MMC birgə sosial layihəyə davam edir
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “PAŞA Holding” MMC arasında qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti istiqamətində formal təhsil ala bilməmiş, iqtisadi və sosial cəhətdən həssas vətəndaşlara təhsil sənədi əldə etmək imkanı yaratmaq məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Əməkdaşlıq çərçivəsində Agentliyin təşkilatçılığı və “PAŞA Holding” MMC-nin dəstəyi ilə müvafiq peşə ixtisası üzrə qeyri-formal və informal təhsil almış vətəndaşlar qiymətləndirmə prosesinə cəlb olunacaqlar.

 

Qeyd edək ki, bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsindən uğurla keçmiş ərizəçilər dövlət nümunəli təhsil sənədi əldə edəcəkdir. Prosesin sonunda əldə edilən təhsil sənədi vətəndaşların ömürboyu təhsildə iştirakında, əmək bazarında yer almasında və iqtisadi cəhətdən inkişafında rol oynayacaq.