Image alternative text, required
TKTA və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib
Title

    19 İyul 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri arasında görüş keçirilib. Görüşdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2024-cü ilin I yarım ili üzrə hesabatı Agentliyin İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən Şura üzvlərinə təqdim olunub. Görüş zamanı ali təhsil müəssisələrinin institusional və proqram akkreditasiyası, həmçinin kvalifikasiyaların tanınması sahəsində Agentliyin fəaliyyəti ilə əlaqədar  məlumat verilib.

    Həmçinin, qeyd olunub ki, ilk dəfə olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən bu ilin sonunadək 14 ali təhsil müəssisəsində "İbtidai sinif müəllimliyi" ixtisası üzrə proqram akkreditasiyası qiymətləndirilməsi həyata keçiriləcək. 

   Görüşdə, eyni zamanda təhsilin müxtəlif istiqamətləri üzrə təkliflər səsləndirilib, mövcud məsələlər müzakirə olunub və problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.