Image alternative text, required
TKTA və “AZMADE Group” MMC arasında əməkdaşlıq imkanları müzakirə olunub
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “AZMADE Group” MMC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə əməkdaşlıq barədə onlayn görüş keçirilib. Onlayn formatda keçirilən görüşdə Agentliyin əməkdaşları və “AZMADE Group” MMC şirkətinin insan resursları üzrə mütəxəssisləri iştirak edib.

 

Görüşün keçirilməsində əsas məqsəd əmək bazarının, eləcə də paytaxt və regionlarda müxtəlif peşə ixtisasları üzrə kadrlara olan tələbatın təhlil edilməsi, qeyri-formal və informal təhsil əsasında vətəndaşların əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübənin tanınması üzrə sahibkarlarla əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.

 

Görüş əsnasında qeyri-formal və informal təhsilin tanınması imkanlarının və vətəndaşlar üçün iş yerində təlimin və ömürboyu təhsil kontekstində peşəkar inkişafın əhəmiyyəti vurğulanıb.

 

Eyni zamanda, Agentlik tərəfindən qeyri-formal və informal təhsilin tanınması istiqamətində görülən işlər, sahibkarlarla olan əməkdaşlıqlar və tanınması həyata keçirilən ixtisaslar barədə məlumat verilib.

 

Qeyd edək ki, müxtəlif sahədən olan sahibkarlarla bu istiqamətdə növbəti aylarda da silsilə görüşlərin keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.