Təhsildə Keyfiyyət Təminatı Agentliyi Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) 10 illiyinə həsr olunmuş "Ali Təhsilin Keyfiyyəti: Qlobal Trendlər və Regional aspektlər" adlı V Orta Asiya Beynəlxalq Forumunda iştirak edib.
Forumda “Təhsilin Keyfiyyətinə Beynəlxalq yanaşmalar”, “Ali Təhsil:İnkişaf Strategiyaları”, “Öyrənmə Texnologiyaları və Gələcək Modellər”, “Tibbi Təhsilin Keyfiyyətinin Təkmilləşdirilməsi Mexanizmi kimi Beynəlxalq Akkreditasiya”, “Təhsilin Keyfiyyətinin İdarəçiliyində Tələbələrin rolu” və “Universitetlərin Rəqabətqabiliyyətliliyinin Artırılması Faktoru olaraq Reytinqi” mövzuları müzakirə olunub.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Agentliyin İdarə Heyətinin üzvü Emil Xəlilov və Keyfiyyət təminatı departamentnin direktoru İlham Hümbətov forumda iştirak edib. İlham Hümbətov həmçinin plenarda əsas məruzəçi qismində çıxış edib. O, öz çıxışında IAAR ailəsini 10 illik yubiley münasibətilə TKTA adından təbrik edib. Hümbətov on il ərzində IAAR-ın bölgədəki tanınmış beynəlxalq keyfiyyət təminat agentliklərindən birinə çevrilməsinin diqqətə layiq olduğunu xüsusi vurğulayıb. Həmçinin, bu forumu təşkil edərək TKTA və digər milli və beynəlxalq keyfiyyət təminartı agentlikləri ilə əlaqələri genişləndirmə və fikir mübadiləsi etmə fürsəti verdiyi üçün İAAR-a öz təşəkkürini bildirib.
Mütəmadi olaraq hər il keçirilən forum, keyfiyyət təminatı sisteminin inkişafında müasir yanaşmaları, akkreditasiya və reytinq araşdırmalarını, keyfiyyətli mədəniyyətin inkişafına töhfə verən, təhsil və əmək bazarı nümayəndələri arasında konstruktiv qarşılıqlı əlaqəni təşviq edən beynəlxalq təşkilatlar və qurumlarla əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.