Image alternative text, required
TKTA UTECA-da təlimlərə start verib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında imzalanmış əməkdaşlıq müqaviləsi əsasında Agentliyin Təlim və metodologiya şöbəsi tərəfindən UTECA-da təlimlərə start verilib.

 

Təlimlərin əsas məqsədi Azərbaycan Texnologiya Universitetinin akademik və inzibati heyətinə daxili keyfiyyət təminatı sisteminin səmərəli təşkili, eləcə də sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsinə dair məlumat verməkdir.

 

Sözügedən təlimlərdə UTECA-nın bir sıra inzibati və akademik heyəti iştirak edir. Təlimlərin 5 gün davam edəcəyi nəzərdə tutulub.

 

Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək Agentliyin öz Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.