Image alternative text, required
TKTA Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş videogörüş keçirib
Title

01.06.2021-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş onlayn görüş keçirilib. Videogörüşdə TKTA-nın rəhbər heyəti, əməkdaşları  və onların övladları iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan TKTA-nın əməkdaşı Günel Xəlilova videogörüş iştirakçılarını Beynəlxalq Uşaqlar Günü münasibətilə təbrik edərək uşaqlara həsr olunan xüsusi videoçarxı iştirakçılara təqdim edib.

 

Onlayn tədbirdə çıxış edən iştirakçılar uşaqların vətənpərvər ruhda, sağlam, savadlı, dünyagörüşlü yetişmələrini və bu yolda TKTA-nın fəaliyyətnin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

 

Eləcə də çıxışçılar hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunması üçün lazımi qərarların verildiyi, onlara böyük diqqətin göstərildiyi və hazırda da bu siyasi kursun Ulu Öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb, gələcəyimiz olan uşaqlara xoşbəxtlik arzulayıblar.