Image alternative text, required
TKTA “Turizm sahəsində iaşə üzrə mütəxəssis” peşə ixtisası üzrə bacarıq və səriştələrin qiymətləndirilməsini həyata keçirib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Turizm sahəsində iaşə üzrə mütəxəssis” peşə ixtisasının ofisiant və qənnadçı modulları üzrə qiymətləndirmə və tanınma həyata keçirilib.

 

Agentliyin nümayəndəsinin rəhbərlik etdiyi Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq Azərbaycan Otellər Assosasiasiyasının icraçı direktoru Günay Sağlam, müstəqil ekspert qismində isə Azərbaycan Milli Kulinariya Assossasiyasının idarə heyətinin üzvü Rüfət Əliyarov, turizm və otelçilik sahəsi üzrə mütəxəssis Həvva Səfərova cəlb edilib.

 

Qeyd edək ki, sözügedən imtahanlar “Excelsior Otel&Spa” MMC-nin istehsalat bazasında həyata keçirilib.