Image alternative text, required
Təltifetmə mərasimi keçirilib
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və və Accelerated Career Academy MMC-nin birgə əməkdaşlığı çərçivəsində “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Bərbər-vizajist-manikürçü” və “Bərbər” peşə ixtisasları üzrə həyata keçirilmiş imtahanlarda müvəffəqiyyət əldə edən ərizəçilərin təltifetmə mərasimi keçirilib..

Tədbirin məqsədi layihə iştirakçılarının əldə etdiyi nailiyyətləri ictimaiyyətlə bölüşməkdir. Təltifetmədə TKTA-nın rəhbər şəxsləri və əməkdaşları, QMKİDK-nın nümayəndələri, Lonca Belgelendirme A.Ş.-nin, NextGen Consulting MMC-nin rəhbərliyi və digər tərəfdaşlar iştirak edib.

Çıxış edən şəxslər dövlətin son illərdə sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr, həmçinin peşə hazırlığı və təlim imkanlarının genişləndirilməsinin məcburi köçkünlərin həyatında mühüm rol oynadığını vurğulayıblar.

Görüş çərçivəsində keçirilən panel müzakirələrində dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri məcburi köçkünlərin məşğulluq imkanlarının artırılması, peşə hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması və davamlı əməkdaşlıq mexanizmlərinin qurulması mövzusunda fikir mübadiləsi aparıblar.

Tədbirin mühüm hissələrindən biri layihə çərçivəsində təlimləri uğurla başa vuran müdavimlərə sertifikatların təqdimat mərasimi olub. Sözügedən sertifikatlar məcburi köçkünlərin peşə bacarıqlarının artırılması və onların əmək bazarına inteqrasiyasının gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilib.