Image alternative text, required
TKTA tərəfindən “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilib
Title

9-10 dekabr 2024-cü il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və “PAŞA Holding” MMC-nin birgə tərəfdaşlığı ilə “Peşəkar qadınlar” layihəsi çərçivəsində “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə nəzəri imtahanlar keçirilib. İmtahanlarda ümumilikdə 38 nəfər namizəd iştirak edib.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələli şəkildə həyata keçirilir. İlk mərhələdə nəzəri imtahanı uğurla keçən ərizəçilər ikinci mərhələdə praktiki bacarıqların qiymətləndirilməsi mərhələsində iştirak hüququ əldə edirlər.

Hər iki mərhələdə uğur qazanan şəxslər “Qənnadçı, şirniyyatçı” peşə ixtisası üzrə sənədlə (sertifikatla) təltif olunurlar. Agentlik tərəfindən təqdim edilən adıçəkilən sənəd Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən müraciətçiyə peşə ixtisası üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.

Qeyd edək ki, hazırda peşə ixtisasları üzrə imtahan qeydiyyatı davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.