Image alternative text, required
TKTA tərəfindən peşə səriştələrinin tanınması ilə əlaqədar ekspertlər üçün növbəti təlimlər keçirilib.
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən cari ilin 10-12 avqust tarixlərində “Avtomobil təmiri çilingəri”, “Bərbər” peşə ixtisasları və “Peşə etikası”, “Estetika və mədəni özünüifadə”, “İnformasiya texnologiyaları”, “Xarici dildə ünsiyyət” baza modulları üzrə ekspertlər üçün təlimlər keçirilib.

 

3 gün davam edən təlimlərdə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin müvafiq ixtisaslar üzrə peşəkar müəllimləri və sahə üzrə mütəxəssislər iştirak edib.

 

Təlim iştirakçılarına peşə təhsili üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi və tanınması prosesi haqqında məlumatları özündə əks etdirən təqdimat nümayiş olunub. O cümlədən testologiya elmi əsasında test və praktiki tapşırıqların tərtib edilmə yolları və qiymətləndirmə prosesində tətbiqi barədə ətraflı məlumat verilib.

 

Qeyd edək ki, keçirilən təlimin nəticələrinə əsasən təlim iştirakçıları qeyri-formal və informal yollarla əldə edilmiş bilik və bacarıqların qiymətləndirilməsi məqsədilə müvafiq ixtisas və modullar üzrə sual bazasının yaradılmasında iştirak edəcəklər.