Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) Bakı Ali Neft Məktəbinin (BANM) və Milli Aviasiya Akademiyasının (MAA) inzibati və professor-müəllim heyəti üçün təlimlər təşkil edib. Təlimlər çərçivəsində TKTA-nın Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsi tərəfindən xarici və daxili keyfiyyət təminatına dair bir sıra məsələlər universitetlərin inzibati struktur rəhbərləri və heyət üzvləri ilə müzakirə olunub.
Təlim müddətində akkreditasiya qaydaları, institusional akkreditasiya çərçivəsi, institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları, sillabusların tərtib olunması və təlim nəticələrinin formalaşdırılması, beynəlxalq təcrübəyə və standartlara əsasən tələbəyönlü təhsildə tyutorların vəzifə və öhdəliklərinə dair ətraflı məlumat verilib və heyət üzvlərinin sualları cavablandırılıb.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.