Image alternative text, required
TKTA tərəfindən növbəti dəfə “Baytar texniki” peşə ixtisası üzrə praktiki bacarıqların qiymətləndirilməsi həyata keçirilib
Title

10.10.2022-ci il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nümayəndələri “Baytar texniki” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi məqsədi ilə Qəbələ şəhərinə ezam olunub.

 

Qiymətləndirmə Komissiyasına işəgötürən nümayəndəsi olaraq  Qəbələ Aqropark MMC-nin direktor müavini Vüsal Abbasov, müstəqil ekspert qismində isə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin müəllimi Şahsun Abbasbəyli və Qəbələ Aqropark MMC-nin süni mayalandırma üzrə mütəxəssisi Xəyyam İbrahimov cəlb edilib.

 

Qəbələ Aqropark MMC-nin istehsalat bazasında həyata keçirilən imtahanda ərizəçilər sözügedən peşə ixtisasının “Xəstəliklərlə mübarizə”, “Süni mayalandırma və doğum” və “Heyvanların inyeksiyası və kliniki xidmətlər” ixtisas modulları üzrə qiymətləndirilib.

 

Yekunda Agentliyin nümayəndəsinin sədrlik etdiyi Komissiya tərəfindən qiymətləndirilmə aparıldıqdan sonra uğurlu nəticə əldə edən ərizəçilərin təhsil sənədi ilə təltif edilməsi nəzərdə tutulur.