15 fevral 2023-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində “Dayə” peşə ixtisası üzrə fəaliyyət göstərən lakin peşəsi üzrə təhsil sənədi olmayan vətəndaşların nəzəri biliklərinin qiymətləndirilməsi məqsədilə test imtahanı keçirilib.
Qeyd edek ki, Agentliyin nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyası tərəfindən qiymətləndirilmə aparılacaqdır. İlkin mərhələdə yüksək nəticə göstərmiş ərizəçilər bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.
Yekunda uğurlu nəticə əldə edən ərizəçilərə “Dayə” peşə ixtisası üzrə sertifikatlar təqdim olunacaq, onların məşğulluq imkanlarına dəstək göstəriləcəkdir.