Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Əməliyyatçı mühasib” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi başa çatdıqdan sonra təltifolunma mərasimi həyata keçirilib.
Tədbirdə Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Könül Əhmədova ölkəmiz üçün qeyri-formal təhsilin əhəmiyyəti, görülən işlər və işəgötürmə prosesindən danışaraq imtahanlardan uğurla keçən namizədləri təbrik edib.
Əlavə olaraq, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışılıb.
Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modular üzrə sertifikatlar təqdim olunub.