Image alternative text, required
TKTA tərəfindən biliklərin qiymətləndirilməsi həyata keçirilib
Title

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “Qənnadçı, şirniyyatçı”, “Dərzi”, “Bərbər-vizajist-manikürçü” peşə ixtisasları üzrə nəzəri imtahan keçirilib.

Məlumat üçün bildiririk ki, TKTA tərəfindən qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesi iki mərhələdə həyata keçirilir. İlk mərhələdə nəzəri imtahanı uğurla keçən ərizəçilər ikinci mərhələdə praktiki bacarıqların qiymətləndirilməsi imtahanında iştirak etmək hüququ qazanırlar. Praktiki imtahanda da  uğur qazanan namizədlər həmin peşə ixtisasları üzrə müvafiq sənədlər əldə edirlər.

Sözügedən fəaliyyətin əsas məqsədi vətəndaşların əmək bazarında özünüməşğulluq imkanlarının artırılmasına və bu sahədə həyata keçirilən dövlət siyasətinə dəstək göstərməkdən ibarətdir.

Qeyd edək ki, hazırda peşə ixtisasları üzrə imtahan qeydiyyatı davam edir. Vətəndaşlarımız ətraflı məlumat əldə etmək üçün müvafiq keçiddən istifadə edərək, həmin imtahanlar üzrə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildiririk ki, Agentlik tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli Qərarına əsasən ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənədə bərabər tutulur, sahibinə peşə təhsili pilləsinin növbəti səviyyəsində təhsilini davam etdirmək və eləcə də peşə ixtisasi üzrə əmək fəaliyyətinə başlamaq hüququ verir.