Image alternative text, required
TKTA tərəfindən Beynəlxalq Məşvərət Şurası yaradılıb
Title

Təhsildə Keyfiyyət Təminatı Agentliyi  tərəfindən Beynəlxalq Məşvərət Şurası yaradılıb. Məşvərət Şurasının yaradılmasında əsas məqsəd ali təhsildə institusional və proqram akkreditasiyasının aparıcı beynəlxalq təcrübəyə əsaslanması, TKTA-nın beynəlxalq əməkdaşlığının gücləndirilməsi və lazım gələrsə TKTA-nın prosedurlarının təkmilləşdirilməsi üçün konsaltinq xidmətlərinin göstərilməsidir.

 

Qeyd edək ki, TKTA-nın Beynəlxlq Məşvərət Şurasında Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse prezidenti Olqun Çiçək, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA)  icraçı direktoru Vicki Stott, Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK)  prezidenti Muhsin Kar, Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbəri Yolanta Silka, Niderland Krallığı və Flandriyanın Akkreditasiya Təşkilatının (NVAO) icraçı direktoru Luut Kroes, Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) direktoru Alina Jumaqulova və Mastrixt Universitetinin professoru Wim Groot kimi nüfuzlu beynəlxalq ekspertlər yer alır.

 

Sözügedən Şuranın yaradılması Azərbaycan təhsilinin beynəlmiləlləşməsinə müsbət təsir göstərərək təhsil sahəsində ölkələrarası  münasibətlərin genişləndirilməsinə xidmət edəcək və TKTA-nın digər beynəlxalq agentliklərlə də yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcəkdir.